Bakıda iki rayonun qazı KƏSİLƏCƏK 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iki rayonun qazı KƏSİLƏCƏK 

Sosial

14 May 2024 09:53 475


Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq. 

Bu barədə Yenisabah.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, “Buzovna 101” QPM-dən qidalanan “Yuxarı Şağan” xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə mayın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. pizza hut

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Lütfi Zadə küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!