Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxıldı

Sosial

26 Sentyabr 2023 09:51 479


Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. 

Bu barədə Yenisabah.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. 

Məlumata görə, elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir. Marşrut xətti “20-ci sahə” - “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edir.  pizza hut

Avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir. 

Elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!