Bakıda ilkin ödənişsiz, təmirli mənzillər “su qiymətinə” satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ilkin ödənişsiz, təmirli mənzillər “su qiymətinə” satışa çıxarıldı

Sosial

22 Aprel 2024 12:20 46515


Son vaxtlar tikinti şirkətlərinin ilkin ödəniş tələb etmədən təqdim etdiyi mənzil kampaniyaları olduqca artıb. Belə ki, bir sıra tikinti şirkətləri paytaxtın müxtəlif ərazilərində tikilən binalarla bağlı ilkin ödəniş tələb etmədən, tam təmirli mənzilləri alıcılara təqdim edir. Bu təklif bir çox vətəndaşlar üçün olduqca cazibəli görünür və müştəriləri yetərincə çoxdur. 

Qeyd edək ki, hazırda belə kampaniyalardan biri Lökbatan qəsəbəsində həyata keçirilir. Tanınmış şirkətlərdən biri öz müştərilərinə 2 otaqlı, tam təmirli studiya mənzilləri ayda cəmi 430 manat müqabilində təqdim edir. 

Bəs görəsən bu cür təqdim olunan mənzillərin digərlərindən hansısa fərqi varmı? Ümumiyyətlə, belə kampaniyalar nə dərəcədə realdır?  pizza hut

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri ilə bağlı ekspert Elnur Fərzəliyev deyib ki, şirkətlərin bu cür təqdim etdiyi mənzillər adətən bank daxili kreditlərlə satılır: 

“Bu cür təkliflər çox az şirkətlər tərəfindən kampaniya xarakterli olur. Adətən, bu qaydada ilkin ödənişsiz aylıq ödənişlə tam təmirli mənzillər satışa çıxarılır. Bunlar bank daxili kreditlərlə satılır, yəni şirkətdaxili və ya ipoteka deyil. Təxminən illik faiz dərəcəsi 12-14 faiz arası dəyişir. Bu cür mənzillərin bu formada satılması alıcı qüvvəsinin azalması deyil, həmin əraziyə olan tələbatın az olması ilə bağlıdır. Belə olduqda həm şirkətin tanıtımı üçün, həm də reklam xarakterli bu növdə kampaniyalar təşkil edilir. Bənzər kampaniyalar az müddət davam edir və daha sonra mənzillərin satışı zamanı ilkin ödəniş tələb olunur. Adətən ilkin ödəniş ödəməyəndə məbləğ aylıqların üzərinə gəlir və aylıq ödəniş məbləği çox olur”. 

Ekspert belə mənzillərin keyfiyyətsiz olması ilə bağlı iddiaların əsassız olduğunu bildirib:

“Bu cür binaların nisbətən keyfiyyətsiz olması ilə bağlı iddialar doğru deyil. Hansı mənzillər ki, bank krediti ilə satılır, o binalarda sənədləşmə və keyfiyyətlə bağlı heç bir problem olmur. Bank yalnız çıxarışı olan və tam keyfiyyətlərə cavab verən mənzillər üçün kredit ayırır. Bu cür kampaniyalar son illər başlayıb. Əvvəlki illərdə tikinti şirkətləri istənilən formada, istədiyi yerdə bina tikə bilirdi, ancaq 2018-ci ildən sonra tikintilərlə bağlı bütün səlahiyyətlər Dövlət Şəhərsalma və Arkitektura Komitəsinə verildi. Yəqin fikir vermişiniz ki, əvvəlki qədər intensiv tikinti işləri getmir. Sənədləşmələr və qaydalar o qədər sərtləşdirilib ki, hər şirkət istədiyi formada bina tikə bilmir. Artıq şirkətlər alıcıya güvənib bina tikmir”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Seyyad
    Melumat hardan nece alaa bilerikk
    12 months ago