Bakıda iyrənc olay: 11 yaşı olarkən qohumu ilə cinsi əlaqədə olan qızın əməlləri
13 Apr 2021 15:41
10120

Bakıda iyrənc olay: 11 yaşı olarkən qohumu ilə cinsi əlaqədə olan qızın əməlləri

Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş Biləsuvar rayon sakini, Binə qəsəbəsi Südçülük Savxozu Lələtəpə məhəlləsində yaşayan 1999-cu il təvəllüdlü Ağamoğlan Məmmədov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Yeni Sabah” Publika.az-a istinadən xəbər verir ki, Xəzər rayon Məhkəməsində baş tutan prosesdə xeyli maraqlı məqamlar üzə çıxıb.

İttiham edilən A.Məmmədov 2019-cu ildə 28 May metrostansiyası yaxınlığında yerləşən mafia klubda 2004-cü il təvəllüdlü Nərmin (ad şərtidir) adlı qızla tanış olduğunu bildirib.

Nərmin ona çətin həyatından danışıb, anası ilə yola getmədiyini, məktəbə getmədiyini, bir müddət əvvəl yaşadığı oğlanla birgə yol qəzasına düşüb xəsarət aldığını, xeyli müddətdir evdən qaçdığını deyib. O, Ağamoğlandan sevdiyi qızın olub-olmamasını soruşub və gecələmək üçün ona yer tapmasını və birgə yaşamaq istədiyini deyib.

Müttəhim bildirib ki, yeni tanış olduğu qız hələ 11 yaşı olarkən bibisi oğlu ilə qeyri-rəsmi ər-arvad kimi yaşadığını və həmin vaxt bibisi oğlu tərəfindən bakirəliyinin pozulduğunu, onunla bir müddət birgə olandan sonra ayrıldığını, bundan sonra başqa şəxslə birgə yaşadığını, həmin şəxslə də mütəmadi cinsi əlaqədə olduğunu deyib.

Bir müddət əvvəl yeni tanış olduğu oğlanın maşınında olarkən Bakı şəhəri ərazisində yol qəzasına düşdüklərini, xəstəxanada müalicə edildiyini və oranı tərk etdiyini, qalmağa yerinin olmadığını deyib. Nərmin Ağamoğlana birgə ev tutub qalmağı təklif edib. Lakin gənc oğlan onu yaşadığı evə aparacağını deyib.

O, bacısına zəng edərək yol qəzasına düşmüş qızın qalmağa yerinin olmadığını deyib və evə gətirməyə şərait yaratmasını xahiş edib. Ağamoğlanın bacısı gecə anasının yuxuda olmasından istifadə edərək onun Binə qəsəbəsindəki evə daxil olmasına köməklik edib və otaqda yatmasına şərait yaradıb. O, qardaşının gətirdiyi qızın sarğısının dəyişdirilməsinə də köməklik edib.

Zərərçəkən qız ifadəsində qeyd edib ki, gecə saatlarında Ağamoğlan onun tək yatdığı otağa daxil olaraq yanına gəlib. Ağamoğlanın onun qolunun zədəli olmasından istifadə edərək müqavimət göstərə bilməməsi səbəbindən təbii yolla cinsi əlaqədə olub. Səhərisi günü Ağamoğlanın anası qızı görüb və oğlunun onu evlənmək məqsədilə qaçırdığını düşünüb. O, Nərminin öz qızı ilə eyni otaqda yatmasını bildirib. Lakin 1 gün sonra Nərmin evi tərk edərək Sabunçuda yaşayan rəfiqəsi Fidanın qaldığı evə gedib.

Məhkəmədə ifadə verən Nərminin anası qızının nə vaxt kiminlə cinsi əılaqədə olması, bakirəliyinin kim tərəfindən pozulması barədə məlumatının olmadığını deyib. O, qarşı tərəflə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini deyərək şikayətçi olmadığını bildirib.

Məhkəmə yüngülləşdirici halları, tərəflərin barışmasını, A.Məmmədovun artıq başqa qadınla rəsmi nikaha daxil olmasını və ailədə işləyən tək insan olmasını, eləcə də digər halları nəzərə alaraq onu 9 ay müddətinə sınaq müddəti olmaqla şərti cəzaya məhkum edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər