Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video

Sosial

02 Yanvar 2023 22:29 1276


Bakıda fəaliyyət göstərən restoranlarda qiymətlər günü-gündən artmaqda davam edir.

Yenisabah.az xəbər verir ki, artım xüsusilə bayram günləri daha çox hiss edilir.

Müştərilər deyirlər ki, kabablar və digər qidalar kəskin bahalaşıb. Bundan başqa, bəzi restoranlar depozit tələb edirlər ki, bu da həddindən artıq yüksək olur. pizza

Restoran müdiri Fərid Adıgözəlov obyektdə depozit olmadığını deyir. O, buna baxmayaraq, bahalaşmanın olduğunu və onun səbəblərini açıqlayıb.

Bildirilib ki, restoranda müştərilərə verilən meyvə-tərəvəz, eləcə də ətlərin ən keyfiyyətlisi seçilir. Bu da qiymətin daha yüksək olmasının səbəbidir.

Həmçinin işçi xərclərinin də günü-gündən artdığı bildirilir.

Restoran işlədən şəxslər deyirlər ki, qida məhsullarının qiyməti daha da artarsa, yeməklərin bahalaşması davam edəcək.

Daha ətraflı süjetdə:

/Xəzərxəbər.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!