Bakıda keçiriləcək dünya çempionatının vaxtı dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda keçiriləcək dünya çempionatının vaxtı dəyişdi

İdman

24 Oktyabr 2025 15:39 379


Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında Dünya çempionatının tarixi dəyişdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yeni qərara əsasən, mundial 2026-cı il oktyabrın 4-11-i aralığında baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir. Pepperoni pizza

Fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışları isə 11-də keçiriləcək.

Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.

Daha əvvəl mundialın iyulun 9-16-sı aralığında təşkili planlaşdırılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!