Bakıda kilosu 222 manata satılan konfet müzakirə yaratdı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kilosu 222 manata satılan konfet müzakirə yaratdı - VİDEO

Sosial

20 Fevral 2026 01:58 1140


Bakıda kiloqramı 222 manata satılan konfet müzakirələrə səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə qida blogeri Ülviyyə Əsədli paylaşım edib. O, paytaxtdakı marketlərdən birində satılan bahalı konfetdən bir ədəd alıb.

“Niyə 222 manat? Xəstəyəm, bilmirəm konfeti indi yeyim, yoxsa sağalandan sonra. Birdən o 222 manatı hiss eləməsəm, necə olacaq?”, - deyə o söyləyib. Marqarita pizza

Onun paylaşımı sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Əksər istifadəçilər blogerə “şokoladın dadı necədir?” sualını ünvanlayıb.

Videoya “Vaxtında ye, salıb itirərsən”, “sağalandan sonra ye”, “yəqin tərkibində qızıl var”, “o konfet itsə, adam yanıb tökülər” kimi şəhlər yazılıb./Ölkə.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!