2024-2025-ci illər arasında Bakı və Əbu-Dabidə gizli diplomatik görüşlər keçirilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.
Bu görüşlərin məqsədi Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra Kremllə əlaqəli şəxslərlə gizli şəkildə əlaqələri bərpa etmək olub. Dominos pizza
Almaniya nümayəndə heyətini Ronald Pofalla (Angela Merkelin keçmiş aparat əhbəri) və Matthias Platzek (Brandenburq əyalətinin keçmiş baş naziri) təmsil edib. Rusiya nümayəndə heyətinə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev daxil olub.
Almaniya hökuməti bu gizli danışıqlardan qəti şəkildə uzaqlaşaraq, onların sırf özəl təşəbbüslər olduğunu, dövlətin iştirakı və ya rəsmi təsdiq olmadan təşkil olunduğunu bəyan edib.
Telegram kanalımız