Bakıda kişini döyüb pulunu və mobil telefonunu aldılar

Bakıda kişini döyüb pulunu və mobil telefonunu aldılar
Sent 10, 2019 23:23
Oxunma sayı: 67

Xətai rayonunda quldurluq hadisəsi baş verib.

“Yeni Sabah” “APA”ya istinadən xəbər verir ki, hadisə Babək prospektində baş verib.

Belə ki, Babək prospekti 23 ünvanında 1973-cü il təvəllüdlü Şaməddin Əliyevi naməlum şəxs döyüb. 

Həmin şəxs Ş.Əliyevin üzərində olan 700 manatı, o cümlədən mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır.

 

Yenisabah.az