Bakıda kofeyə xərclənən pulla 10 il ərzində nələr etmək olar? - RƏQƏMLƏR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kofeyə xərclənən pulla 10 il ərzində nələr etmək olar? - RƏQƏMLƏR

Sosial

29 Sentyabr 2026 13:44 94


Gündə bir fincan kofe içən insan 10 il ərzində həmin vərdişə on minlərlə manat xərcləyə bilər. Bakıda kofe qiymətlərinin 7-9 manata çatdığı, əlavələrlə birlikdə məbləğin daha da artdığı nəzərə alınanda bu, kifayət qədər böyük rəqəmə çevrilir.

“Yeni Sabah” xəbər verir ki, son illər Bakıda kofe içmək gündəlik şəhər həyatının geniş yayılmış vərdişlərindən birinə çevrilib. Paytaxtın müxtəlif ərazilərində çoxsaylı kofeşoplara rast gəlmək mümkündür. Bir sıra məkanlar səhərdən gecə saatlarınadək fəaliyyət göstərir.

Menyulara nəzər saldıqda da kofe qiymətlərinin kifayət qədər geniş aralıqda olduğu görünür. Məsələn,  bəzi kofeşoplarda kapuçino 7, latte 7,5, raf və moka isə 9 manata təklif olunur. Digər məkanlarda klassik kofelərin qiyməti 5-6 manat civarında olsa da, xüsusi kofelər 7-9 manata qədər yüksəlir. pizza mizza

Bəs hər gün 8 manatlıq kofe içən insan 10 ilə nə qədər pul xərcləyir?

Sadə hesabla:

1 gün – 8 manat

1 ay – 240 manat

1 il – 2 920 manat

5 il – 14 600 manat

10 il – 29 200 manat

Yəni hər gün cəmi 8 manatlıq kofe alan şəxs 10 il ərzində 29 min 200 manat xərcləyir.

Gündəlik xərc 9 manat olarsa, rəqəm daha da böyüyür:

1 gün – 9 manat

1 ay – 270 manat

1 il – 3 285 manat

5 il – 16 425 manat

10 il – 32 850 manat

Başqa sözlə, hər gün 9 manatlıq kofe içən insan 10 ilin sonunda 32 min manatdan çox xərcləmiş olur.

Üstəlik, kofe ilə kifayətlənməyənlər də var. Siroplar, əlavə süd, qaymaq və digər əlavələr sifarişin qiymətini artıra bilər. Bəzi kofeşopların menyularında sirop əlavəsinin 2 manata qədər olduğu görünür. Məsələn, gündə 8 manatlıq kofeyə hər gün əlavə 1 manatlıq sirop alındığını düşünək. Bu zaman gündəlik xərc 9 manata yüksəlir və 10 illik xərc 32 min 850 manata çatır.

Beləliklə, gündə bir fincan kofe və kiçik bir əlavə 10 il ərzində 34 min 675 manatlıq xərc yarada bilər.

Burada vacib məqam odur ki, hesablamaya qiymət artımı daxil edilməyib. Yəni 10 il ərzində kofenin qiymətinin dəyişmədiyi fərz olunur. Əslində isə gələcək illərdə qiymətlərin artması bu məbləğin daha yüksək olmasına səbəb ola bilər. Digər tərəfdən, kofeşoplarda oturan insanların hamısının hər gün kofe içdiyini söyləmək olmaz. Kimisi həftədə bir neçə dəfə, kimisi isə hər gün kofe alır. Buna görə hesab konkret olaraq gündəlik 8-9 manat xərcləyən şəxs üçün aparılıb.

Maraqlısı isə budur ki, bir çox insan üçün 8-9 manat böyük məbləğ kimi görünmür. Lakin hər gün təkrarlanan kiçik xərclər uzun müddətdə ciddi məbləğə çevrilir. Məsələn, gündə 8 manatlıq kofe əvəzinə həmin məbləğin yarısı, 4 manat xərclənsə, 10 il ərzində xərc 29 min 200 manatdan 14 min 600 manata düşür. Yəni gündəlik kofe xərci cəmi 4 manat azaldıqda, 10 il ərzində 14 min 600 manat fərq yaranır.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!