Bakıda kondisionerin mühərriki qoparaq təhlükə yaradıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kondisionerin mühərriki qoparaq təhlükə yaradıb

Sosial

18 İyun 2019 14:46 1271


Çoxmərtəbəli binada asılı vəziyyətdə qalan mühərriki xilasedicilər götürərək təhlükəni aradan qaldırıblar.

FHN-dən “Yeni Sabah”a bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərriki yerindən qoparaq asılı vəziyyətdə qalıb. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan qurğunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar. Əməliyyat başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!