Bakıda qaldırıcı kran yaşayış binasının və maşınların üstünə aşdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qaldırıcı kran yaşayış binasının və maşınların üstünə aşdı - Video

Hadisə

04 Sentyabr 2020 14:35 4969


Bakıda qaldırıcı kran aşıb.

Yenisabah.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb.

Yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb. Pepperoni pizza

Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, hadisə bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib: "Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!