7 İyul - 02:41
Bakıda külək “TIR”ı aşırdı – Sürücünün qolu amputasiya olundu

Bakıda külək “TIR”ı aşırdı – Sürücünün qolu amputasiya olundu

Hadisə

24 May 2022 09:23 632


Bakı-Qazax magistralında güclü külək qəzaya səbəb olub.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Cəbrayıl Cavanşir Musa oğlu idarə etdiyi “MAN” markalı yük avtomobili ilə hərəkətdə olan zaman qəfil güclü külək əsib. Bu zaman ağır tonnajlı yük avtomobili aşıb.

Sürücü qolundan ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər cərrahi əməliyyat zamanı Cavanşir Cəbrayılın qolunu amputasiya edib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!