Bakıda liftdə köməksiz qalan şəxslər xilas edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda liftdə köməksiz qalan şəxslər xilas edildi - Video

Hadisə

25 Yanvar 2024 21:16 712


Bakıda vətəndaşlar yaşayış binasının liftində köməksiz vəziyyətdə qalıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən yeddimərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  Dominos pizza

Dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən yeddimərtəbəli çoxmənzilli yaşayış binasının lifti birinci mərtəbədə dayanıb və beş nəfər vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!