Bakıda marketdə çipsi əzib, video çəkən şəxs generalın oğlu imiş

saytların hazırlanması

Evə çatdırılma

Bakıda marketdə çipsi əzib, video çəkən şəxs generalın oğlu imiş

Hadisə

05 May 2021 11:17 2004


Xəbər verdiyimiz kimi, Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salan Rüstəm Orucov və Xəyalə Vəliyeva saxlanılıb.

“Yeni Sabah” Musavat.com-a istinadən xəbər verir ki, Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.

Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü. Toyuqlu pizza

Bu hadisədən sonra General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!