Bakıda marketdə qorxu dolu anlar - Əcnəbi vətəndaş insanların gözü qarşısında öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda marketdə qorxu dolu anlar - Əcnəbi vətəndaş insanların gözü qarşısında öldü

Hadisə

01 Fevral 2020 07:54 1177


Bakıda əcnəbi vətəndaş marketdə ölüb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsinə baş verib. Savalan yaşayış massivində yaşayan, əslən azərbaycanlı olan Türkmənistan Respublikası vətəndaşı Əliyev Maarif Kərim oğlu 31.01.2020-ci il tarixdə, saat 17.00 radələrində Savalan yaşayış massivində yerləşən "Oba" marketdə alış-veriş edərkən ürək tutmasından ölüb. Hadisə marketin müşahidə kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı hadisə yerinə, meyitə baxış keçirilib, meyit müayinə olunmaq üçün MTE və PA ETT birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. pizza

Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!