Bakıda məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyat uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyat uzadıldı

Sosial

19 Sentyabr 2022 13:42 757


2022-2023-cü tədris ili üzrə məktəblərə üzürlü səbəbdən elektron qeydiyyatdan keçə bilməyənlər üçün məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyat prosesi oktyabrın 1-dək uzadılıb.

Yenisabaha.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Məktəbəhazırlıq qruplarına və birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir. Toyuqlu pizza

Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə müraciət etməklə (elektron ərizə əsasında) aparılır.

Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər.

Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qeydiyyat prosesi https://mektebeqebul.edu.az/ elektron portalı vasitəsilə aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!