Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı

Sosial

20 Avqust 2019 13:31 1199


Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.  

“Yeni Sabah”-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən daxil olan məlumata görə, yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti  tərəfindən təşkil edilib.

Yarmarka çadırları Bakı metropolitenin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb. Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur.  pizza mizza

Məlumatda həmçinin bildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir.  

Qeyd edək ki, yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!