Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO

Hadisə

04 May 2026 22:50 107


Bakıda Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı oğlan uşağı tapılıb.

“Yenİ Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

“Əziz dostlar, xahiş edirəm, maksimum paylaşın!

Bu gün Mehdiabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir... Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar...

Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu...

Onu güldürüb özümüz isə ağlamışıq... Adını Tale qoymuşuq...”, - deyə o əlavə edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!