Bakıda metro qatarları maşinistsiz idarə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda metro qatarları maşinistsiz idarə olunacaq

Sosial

17 İyul 2021 12:30 890


Bənövşəyi xəttin tikintisi başa çatandan sonra Bakı metropoliteninin qatarları maşinistsiz idarə olunacaq.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu məsələ xəttin təməl prinsiplərindən nəzərdə tutulub. Həmin sistemin təməl baza elementləri tələb olunan səviyyədə quraşdırılır Bənövşəyi xəttin tikintisi başa çatdlqdan sonra bu xəttin öz deposu tam istifadəyə veriləcək və bundan sonra qatarların maşinistsiz idarə edilməsi mümkün olunacaq. Qatarlar CBTC-Radiodalğalarla idarəetmə sisteminə qoşulacaq və idarə olunacaq. Hazırda texniki normativ tələblərə uyğun olaraq həmin sistemin cari mərhələdə avadanlıqları quraşdırılıb və mikroprosessorla idarəetmə təmin olunub. Bənövşəyi xəttin 5-ci stansiyası istifadəyə veriləndən sonra bu sistem fəaliyyətə başlayacaq. pizza mizza

Qeyd edək ki, artıq Bənövşəyi xətt üzrə artıq 3 yeni stansiya sərnişinlərin istifadəsinə verilib, 4-cü stansiyanın isə inşaatının ilkin hazırlıq işlərinə başlanıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!