Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur

saytların hazırlanması

Evə çatdırılma

Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur

Sosial

07 Yanvar 2024 23:38 549


Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

"Report"un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək. pizza mizza

“28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,6 km-dən 73.4 km-ə, stansiyaların sayının isə 25-dən 46-a çatdırılması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!