Bakıda motosiklet qəza törətdi, xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda motosiklet qəza törətdi, xəsarət alan var

Hadisə

04 Fevral 2021 00:26 1314


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Əsədullayev Tacir Əlibala oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet əvvəlcə yol kənarındakı maneələrə çırpılıb, daha sonra aşıb. Hadisə zamanı Tacir Əsədullayev müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qarnın və döş qəfəsinin küt travması, bədənin müxtəlif dərəcəli siyrilmiş əzikləri diaqnozları qoyulub. pizza hut

Faktla bağlı araşdırma aparılır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!