Bakıda Musa Nağıyevin heykəli qoyulacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Musa Nağıyevin heykəli qoyulacaq

Sosial

04 May 2019 17:20 1187


Bakıda azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyevin heykəlinin ucaldılması məsələsi nəzərdən keçirilir.
Bunu  Ağa Musa Nağıyev adına “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun fəaliyyətinin tədqiqatçısı, nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyeva bildirib.
Onun sözlərinə görə, heykəlin Səhiyyə Nazirliyinin həyətində ucaldılması təklif olunub: “Səhiyyə Nazirliyinin hazırkı binasını vaxtilə Ağa Musa Nağıyev xəstəxana kimi tikdirib və səhiyyə ocağı 2010-cu ilə qədər onun adını daşıyıb. Ağa Musa Nağıyevə Bakıda heykəlin ucaldılması arzumdur. Babamın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək və bu barədə rəsmi səviyyədə mənə söz verilib. Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı Nazirlər Kabinetinə artıq müraciət ünvanlayıb”. 
Report
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!