Bakıda nəvəsini xilas etmək istəyən nənə öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda nəvəsini xilas etmək istəyən nənə öldü

Hadisə

01 Sentyabr 2020 15:37 1834


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə paytaxtın Gəncə prospektində qeydə alınıb.

Belə ki, 99 GN 053 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtomobil piyada zolağında ad-soyadı hələlik məlum olmayan yaşlı qadını vuraraq öldürüb. Dördpendirli pizza

Şahidlərin sözlərinə görə, avtomobil piyada zolağında qadının nəvəsini vuran zaman o, uşağı xilas etməyə çalışıb. Həmin an avtomobil qadını vuraraq öldürüb, onun nəvəsi isə ağır yaralanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. “Report”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!