Yay mövsümündə paytaxtın sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə iyulun 25-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şəhərdə növbəti daxili iməcilik keçirilib.
"Yeni Sabah" xəbər verir ki, aksiya çərçivəsində şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı, paytaxt qəsəbələrində də əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından etibarən xüsusi texnikalar vasitəsilə bitki və canlılara zərər verməyən yuyucu maddələrdən istifadə olunaraq küçələr, səki kənarları, bordürlər, işıq dirəkləri və məhəccərlər yuyulub.
İməcilik zamanı park və istirahət yerlərindəki oturacaqlar təmizlənib, yol kənarlarındakı ticarət və iaşə obyektlərinin vitrinləri səliqəyə salınıb. Eyni zamanda, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağı yuyub, onlara aqrotexniki qulluq göstərib, zədələnmiş budaqları budayıb və yeni güllər əkiblər. Marqarita pizza
Paytaxtın bütün rayonlarını əhatə edən bu genişmiqyaslı təmizlik tədbiri şəhərin ümumi sanitar vəziyyətinin yaxşılaşdırılmasına xidmət edib.
Telegram kanalımız