Bakıda növbəti dəfə bal yarmarkası təşkil ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda növbəti dəfə bal yarmarkası təşkil ediləcək

Sosial

07 Avqust 2023 13:18 975


Bakıda növbəti dəfə Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkasının təşkil edilməsinə hazırlıq görülür.

Yenisabah.az xəbər verir ki, yarmarkanın təşkilatçısı ötən il olduğu kimi bu il də Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-dir.

Yarmarkanın sentyabr-oktyabr aylarında paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyskli küçəsi, 5 ünvanında keçirilməsi planlaşdırılır. pizza hut

Yarmarka 20 gün davam edəcək və burada 250 arıçı iştirak edəcək. Arıçılar piştaxta, oturacaq və ölçmə vasitələri, şəxsi gigiyenik vasitələr (tibbi maska, əlcək, antiseptik gel, bone) ilə təchiz olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!