Bakıda motosikletləri qaçırmaqda, skuter və velosiped oğurlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub. pizza sifarişi
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçırmaqda şübhəli bilinən Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən edilib.
Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və 2500 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən Q.Abbasov və əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Aytac Əliyeva
Telegram kanalımız