Bakıda ölən 3 tələbənin meyiti ölkəsinə çatdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ölən 3 tələbənin meyiti ölkəsinə çatdırıldı

Hadisə

15 Yanvar 2020 08:40 1456


Bakıda baş verən yanğında ölən Şri-Lankadan olan üç tələbənin meyiti paytaxt Kolomboya çatdırılıb.

"Yeni Sabah" report-a istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Meyitin aparılması Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndəliklərinin vasitəçiliyi ilə həyata keçirilib. Marqarita pizza

Xatırladaq ki, 9 yanvar tarixində Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 3 əcnəbi qız tüstüdən zəhərlənərək ölüb. Onlar Şri-Lanka vətəndaşları Jayakodi Arachchige, Tharuki Amaya və Malsha Sandeepanidir. Qızlar Qərbi Kaspi Universitetinin ingilis dili kurslarında dinləyici olublar.

Qeyd edək ki, hadisə isə əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!