Bakıda otellər virusla bağlı karantin mərkəzinə çevirilir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda otellər virusla bağlı karantin mərkəzinə çevirilir

Sosial

19 Mart 2020 17:12 1193


Bakıda fəaliyyət göstərən üç və dörd ulduzlu otellərin koronavirus təhlükəsiylə əlaqədar boşaldıldığına dair məlumatlar yayılıb. İddialara görə, mümkün təhlükəni önləmək üçün onlarla lüks otel hazırlıq vəziyyətinə gətirilib. 

Bu məlumat rəsmən təsdiqlənməsə də, cəmiyyət tərəfindən müsbət qarşılanıb. Sosial şəbəkələrdə tanınmış ictimaiyyət nümayəndləri də bu təşəbbüsə dəstək veriblər. 

Otellərin özəl biznes strukturu olmasına baxmayaraq, koronavirusla mübarizədə istifadə edilməsi doğrudan müsbət addımdır. Bu, həm də dünyaya həmrəylik nümayişi sayıla bilər.  pizza hut

Bəs otellər karantin məkanı kimi istifadə edilə bilərmi? Tibb mütəxəssisləri hesab edir ki, bu mümkündür. “Əvvəla, otellərdə sanitariyaya və gigiyenik qaydalara ciddi riayət olunur. Bu da koronavirusla mübarizədə önəmli amildir. İkincisi, otellər digər karantin məkanlarından fərqli olaraq cansıxıcı deyil. Hər halda karantində olan şəxs prixoloji cəhətdən özünü rahat hiss edəcək ki, bu da sağalma prosesinə müsbət təsir göstərəcək”, - deyə mütəxəssislər qeyd edir. 

Koronavirus pandemiyası üzünüdən sərhədlərin qapadılması otellərin demək olar ki, fəaliyyətsiz duruma salıb. Bir halda ki, artıq ortada biznes yoxdur, o zaman nədən otel sahibləri belə xeyirxah addım atmasınlar? İstisna deyil ki, dövlət də bu məsələdə otel sahiblərinə gərəkən dəstəyi verə bilər.

Turizm məsələləri üzrə ekspert Çingiz İsmayıl da Yenisabah.az-a bildirib ki, bununla bağlı hər hansı qadağa yoxdur: “Otellər özəl olduğu üçün bu məsələni sahibkar müəyyən etməlidir. Bununla bağlı hər hansı qadağa yoxdur. Otelçilik özəl sektordu, dövlət burda nəyisə qadağan edə bilməz. Əgər dövlət otellərdən karantin yeri kimi istifadə etmək istəsə, təbii ki, sahibkarlar da adekvat addım atacaqlar”.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!