Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirildi

Sosial

18 İyun 2022 18:11 916


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasına start verilib.

ETSN-dən Yenisabah.az-a verilən məlumat görə, ilk aksiya zamanı ümumi tutumu 2622 litr olan plastik butulka yığılıb.

Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib: “Aksiyanın yay mövsümündən başlanılması xüsusi önəm kəsb edir. Çünki bu mövsümdə plastik butulkalardan istifadə artır, nəticədə plastik tullantıların da sayı çoxalır. İstifadə edilmiş plastik butulkaları çeşidləyib təkrar emala yönəltməklə ətraf mühitin təmizliyinin qorunmasına töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildiririk. Qarşıdan gələn aksiyalarda da hamını belə fəal olmağa səsləyirik”. Sezar pizza

S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya Sumqayıtda keçiriləcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!