Bakıda polis bölməsinin qarşısında özünü yandıran 32 yaşlı qadın öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis bölməsinin qarşısında özünü yandıran 32 yaşlı qadın öldü

Hadisə

07 İyun 2022 10:35 987


Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb. 

“Report”un xəbərinə görə, 32 yaşlı Nanə Quliyeva (ad, soyadı şərti) müalicə aldığı Respublika Yanıq Mərkəzində vəfat edib.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iyunun 5-i saat 00:30-da Mərkəzə yerləşdirilən yaralı həkimlərin müdaxiləsinə baxmayaraq, həmin gün saat 14:40-da dünyasını dəyişib. Marqarita pizza

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə iyunun 5-də gecə saatlarında Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin qarşısında qeydə alınıb.

Belə ki, N.Quliyeva tanışının polis əməkdaşları tərəfindən saxlanılmasına görə, üzərinə benzin tökərək özünü yandırıb. Polislərin müdaxiləsindən sonra alovu söndürülmüş və qadın Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!