Bakıda polis övladının qidasını xəstə uşaq üçün gətirdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis övladının qidasını xəstə uşaq üçün gətirdi - Video

Sosial

08 İyun 2020 07:33 659


Bakıda polis övladının qidasını xəstə uşaq üçün gətirib.

“Yeni Sabah” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. İyunun 7-də vətəndaş Daxili İşlər Nazirliyinin 102 Qaynar xətt xidmətinə müraciət edərək evində azyaşlı xəstə uşağının qidasının qurtardığını və uşağın acından ağladığını bildirib.

102 xidməti dərhal məsələyə reaksiya verib və müraciət Nərimanov rayon Polis İdarəsinə yönləndirilib. Məlumat əsasında Nərimanov rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanaraq ünvanı müəyyən edib və həqiqətən də xəstə uşağın qidasının bitdiyinin şahidi olub. pizza mizza

Paytaxt ərazisində aptek və mağazalar açıq olmadığından polis əməkdaşları uşaq qidası tapa bilməyib. Çarəsiz qalan polis əməkdaşlarından biri xidməti ərazini icazə ilə tərk edərək evinə yollanıb. Polis əməkdaşı yaşadığı evdən öz övladının qidasını götürərək əraziyə qayıdıb və həmin qidanı azyaşlının ailəsinə təqdim edib. Gənc ailə polisin bu xeyirxah əməlinə görə həmin polisə və daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!