Bakıda “Prius” YPX avtomobilinə çırpıldı, yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Prius” YPX avtomobilinə çırpıldı, yaralananlar var

Hadisə

23 May 2022 19:57 996


Bakıda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında aeroport yolu istiqamətində qeydə alınıb: Pepperoni pizza

“Toyota Prius” markalı avtonobil yol kənarında dayanmış YPX avtomobilinə çırpılıb. Nəticədə həmin avtomobilin sürücüsü və xidmətdə olan iki əməkdaşımız yüngül xəsarət alıblar.

Əməkdaşlarımızdan birinə yerindəcə ilkin tibbi yardım göstərilib. Digər əməkdaş isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Onun da vəziyyəti yaxşıdır və tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!