Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqladı

Kriminal

03 Noyabr 2022 09:25 1331


Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb. 

"Report"un xəbərinə görə, hadisə noyabrın 2-si saat 2 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Bukitayeva Yelena İvanovna evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Hacıyev Xəzər Rafi oğlu ilə mübahisə edib. Nəticədə o, X.Hacıyevin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirib. pizza

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Y.Bukitayeva isə şübhəli şəxs qismində saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!