Bakıda qadın yol vermədiyi üçün alman diplomat qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadın yol vermədiyi üçün alman diplomat qəzaya düşdü

Hadisə

08 Avqust 2022 11:20 1034


Bakıda səfirlik avtomobili qəzaya düşüb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, Rəsul Rza küçəsində Almaniya səfirliyində 1-ci katib vəzifəsində çalışan Rinke Tomasın idarə etdiyi “Mitsubishi” markalı 007 D 015 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxt sakini Təranə Məmmədovanın sürdüyü “KİA” toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, qəza zamanı ağır xəsarət alan olmayıb. Dördpendirli pizza

İlkin araşdırmalar zamanı hadisənin T.Məmmədovanın “yol ver” nişanının tələbinə əməl etməməsi səbəbindən baş verməsi məlum olub.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!