Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

Hadisə

04 Fevral 2023 16:50 881


Bakıda qadına qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb.

Yenisabah.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Günay Muradova (ad-soyad şərtidir) polisə şikayətində bildirib ki, özünü Kənan adı ilə tanıdan taksi sürücüsü onu bəhanə ilə şəhərdən kənara aparıb və intim əlaqədə olmaq istəyib. Bu təklifləri qəbul etmədikdən sonra sürücü onu şəhərə qaytarmağa məcbur olub, daha sonra isə mobil telefon nömrəsinə təhqiramiz sözlər yazıb. Dördpendirli pizza

Şikayət əsasında taksi sürücüsü, 1995-ci il təvəllüdlü Kənan Ağayev saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ona 150 manat cərimə cəzası verilib.

Cəza təyin edilərkən qadın müştərinin şikayətini geri götürməsi nəzərə alınıb./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!