Bakıda qadının çantasından 2000 manatlıq mobil telefon oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadının çantasından 2000 manatlıq mobil telefon oğurlandı

Kriminal

19 Oktyabr 2022 10:08 1028


Bakıda qadının çantasından 2000 manatlıq mobil telefon oğurlanıb. 

Bu barədə "Yeni Savah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Əliyevanın çantasından 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vidadi Nəzərov saxlanılıb. Toyuqlu pizza

Araşdırmalarla onun Yasamal rayonu ərazisində Biləsuvar rayon sakini B.Əliyevin cibindən içərisində 780 manat və şəxsiyyət vəsiqəsi olan cüzdanını, Bakı şəhər sakini A.Səfərovanın isə içərisində pulu, bank kartları və sənədi olan cüzdanını oğurlaması, sonradan həmin qadının bank hesabından 114 manat pulunu çıxarması da müəyyən olunub.

Araşdırma davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!