Ötən gün axşam saatlarından paytaxt Bakıya və rayonlara qar yağmağa başlayıb.
Soyuq və şaxtalı hava şəraiti ilə əlaqədar bir çox yollar buz bağlayıb, səhər saatlarında avtomobillərin hərəkətində problemlər yaranıb.
Yenisabah.az xəbər verir ki, hazırda paytaxtda qar yağışı daha da güclənib. Nəticədə təkcə avtomobillərin deyil, həm də sərnişinlərin hərəkətində məhdudiyyətlər yaranıb. Sezar pizza
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir.
Hava şəraiti ilə bağlı sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.
Qeyd edək ki, hava şəraitinin kəskin dəyişməsilə əlaqədar olaraq, dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.
Telegram kanalımız