Bakıda qışa hazırlıq: Növbəti müşavirə keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qışa hazırlıq: Növbəti müşavirə keçirildi

Sosial

03 Dekabr 2024 09:31 419


Bakıda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti ilə bağlı məsələlər Pirallahı, Səbail və Qaradağ rayonlarında müzakirə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər. Dominos pizza

Müzakirə zamanı hər bir sahə rəhbərinin hesabatı dinlənilib.

Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Eyni zamanda, ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!