Bakıda qız şirkətə CV verdi -   Bu şəkli göndərdilər 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qız şirkətə CV verdi - Bu şəkli göndərdilər 

Sosial

19 İyun 2019 19:42 1843


Bakıda avtomobil servis şirkəti iş üçün müraciət edən xanımdan tələb etdiyi ətək ölçüsü ilə sosial şəbəkədə müzakirəyə səbəb olub.

Bu barədə məlumatı jurnalist Xədicə İsmayıl paylaşıb. O bildirib ki, universitet məzunu iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. Ona “Mayson Car Club” adlı avto-servis məktub yazaraq şəkillərini istəyib.

Bundan başqa, şirkət ona “dress-code” göndərib. Həmin “dress-code”a əsasən ancaq qısa ətəkli xanımlar işə götürülür. Pepperoni pizza

Məsələ ilə bağlı sözügedən şirkətdən bildirilb ki, adminstrator vakansiyası üzrə tələb olunan şərtlərində qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur:

“Bizim üçün hər bir əməkdaşımız dəyərlidir! Onu da bildirmək istəyirik ki, qadınlara qarşı aparılan “alçatma”, “ayrıseçkilik” və qanunsuz aparılan tədbirlərin əleyhinəyik. “Mayson Car Club” olaraq adminstrator vakansiyası üzrə tələb olunan şərtlərində qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur. Vakansiyaya müraciət edən namizədlərə vəzifə üzrə qeyd olunan şərtlər haqqında məlumatlar verilir və razı olduğu təqdirdə müsahibəyə çağrılır”.

Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!