Bakıda qoca kişi bu adla tələbə qızları oğurlayır - Diqqət!

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qoca kişi bu adla tələbə qızları oğurlayır - Diqqət!

Sosial

31 Oktyabr 2022 07:43 9180


Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) yaxınlığında naməlum şəxs dərman almaq adı ilə gənc qızlara yaxınlaşaraq, onların xeyirxahlığından sui-istifadə edir.

“Yeni Sabah” Axar.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə ADU tələbələri yazıb.

Onların sözlərinə görə, yaşlı kişi ADU-nun Təbriz küçəsindəki korpusunun yanında dayanaraq, universitetin qız tələbələrinə yaxınlaşır və onlara pulunun dollar olduğunu deyərək, onunla aptekə getmələrini və dərman almasına yardım etmələrini xahiş edir. pizza hut

İddia edilib ki, bir neçə gün əvvəl ADPU tələbəsi olan bir qız həmin şəxsin yalanına inanıb və onunla birlikdə dərman almaq üçün aptekə gedib. Bu hadisədən sonra gənc qız 2-3 gün yoxa çıxıb. Yoxa çıxan tələbənin yoldaşları onun həmin şəxs tərəfindən qaçırıldığını iddia edib. Geri qaytarıldıqdan sonra isə qız intihar edib.

Həmin şəxsin yenə eyni yerdə dayanaraq, tələbə qızları aldatmağa davam etdiyi bildirilib.

Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Sosial şəbəkələrdə yayılmış iddialardan məlumatlıyıq. Hazırda araşdırma aparılır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!