Bakıda restoran sahibi parkinq ərazisini zəncirlədi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda restoran sahibi parkinq ərazisini zəncirlədi - Fotolar

Hadisə

07 Dekabr 2023 18:53 945


Bakıda restoran sahibi parkinq ərazisini zəbt edib.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Söhbət paytaxtın Nərimanov rayonu Qarabağ küçəsindəki parklanma yerlərindən gedir. Sözügedən ərazidə parklanma yeri yeni yaradılıb və müvafiq yol nişanları, məlumat lövhələri quraşdırılıb. pizza

Amma bu küçədə yerləşən restoranın qarşısında qaydalar işə yaramır. Şəhər sakinləri iddia edirlər ki, restoranın qarşısındakı səki hələ də zəncirlənmiş halda qalır. Orada yalnız restorana gələn müştərilərin maşınlarının saxlanılması üçün icazə verilir. 

Məsələ ilə bağlı Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidəki maneələr və zəncir sökülmüş, sözügedən ərazi qurumun əməkdaşları tərəfindən operativ olaraq təmizlənib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!