Bakıda restoranın 85 min manatını mənimsəyən kababçı azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda restoranın 85 min manatını mənimsəyən kababçı azadlığa çıxdı

Kriminal

21 Dekabr 2023 17:44 1150


Bakıdakı məşhur restoranlardan birindən 85 min manatlıq ətin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə restoranın kuryeri Radiq Mehdiyev və kababçı Natiq Qardaşova hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.

İstintaq müddətində həbsdə saxlanılan N.Qardaşov 5 min manat cərimə edilərək məhkəmə salonundan azadlığa buraxılıb. Polisin nəzarəti altında olan Radiq Mehdiyevə də 5 min manat cərimə cəzası verilib. Pepperoni pizza

Məhkəmə prosesində zərərçəkmiş iş adamı, restoranın icarədarı Şəmsəddin Hüseynov təqsirləndirilən şəxslərin artıq dəymiş ziyanı ödədiklərini bildirib və onlarla bağlı şikayətini geri çəkib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!