Bakıda sarımsaq iki dəfə ucuzlaşdı - Yeni qiymət

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sarımsaq iki dəfə ucuzlaşdı - Yeni qiymət

İqtisadiyyat

19 Mart 2020 11:41 997


Bakıda sarımsaq qısamüddətli bahalaşmadan sonra yenidən ucuzlaşıb. 

"Yeni Sabah" bildirir ki, bu, "Report"un marektlərdə apardığı araşdırma nəticəsində məlum olub. 

Xatırladaq ki, dünyada, o cümlədən Azərbaycanda yayılmış koronavirus infeksiyasından qorumaq üçün əhalinin sarımsağa tələbatı kəskin artmışdı. Son nəticədə bu məhsulun 1 kiloqramının qiyməti 15 manata yüksəlmişdi. Hazırda isə qiymətlər 7-8 manat civarında dəyişir. Məsələn, hazırda “Araz” və "Bazarstore" supermarketlər şəbəkəsində 1 kq sarımsağın qiyməti manat 7,5 manat, “Bravo” marketlərdə 8 manat, “Oba” marketlərdə isə 6,9 manat təşkil edir.  pizza

Xatırladaq ki, ötən ilin yay aylarında Bakıda sarımsaq daha ucuz, 1 kq-ı 1-3 manata, koronavirusun yayılmasına yaxın isə 3-5 manata təklif edilib. 

İnsanlar sarımsağa koronavirusdan qorunmaq üçün vasitə kimi baxsa da,  mütəxəsislər hesab edir ki, əsas məsələ immuniteti qorumaq, bol vitaminli qidalara üstünlük verməkdir. 

Qeyd edək ki, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Ötən gün koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!