Bakıda sərxoş sərnişin avtobus şüşəsini sındırdı – Sürücü hadisənin detallarını AÇIQLADI   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sərxoş sərnişin avtobus şüşəsini sındırdı – Sürücü hadisənin detallarını AÇIQLADI + VİDEO

Hadisə

20 May 2025 09:39 388


Bakıda sərxoş sərnişinin avtobusun şüşəsini sındırmasının təfərrüatı məlum olub.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, 2 gün əvvəl axşam saatlarında sərxoş vəziyyətdə olduğu ehtimal edilən orta yaşlı şəxs 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb.

Həmin vaxt avtobusu idarə edən sürücü Dünyamalı Mehtiyev bildirib ki, sözügedən şəxs əvvəlcə avtobusda başqa biri ilə mübahisə edib. Onun mübahisə etdiyi sərnişin yolda düşüb. Pepperoni pizza

Daha sonra isə içkili sərnişin qapının şüşəsini sındırıb və heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb.

Sürücü hadisə barədə dərhal polisə məlumat verib. D.Mehtiyev onu da bildirib ki, həmin şəxs avtobusa minərkən üzərində kartı da olmayıb.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!