Bakıda yoxlama postunda polis və hərbiçi avtomobillə vurulub.
Yenisabah.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub. pizza sifarişi
Onlar DİN-in Hospitalına yerləşdiriliblər.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.
Telegram kanalımız