Bakıda taksi şirkətləri gedişhaqqı tariflərini artırdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda taksi şirkətləri gedişhaqqı tariflərini artırdı

Sosial

16 İyun 2019 16:42 1436


Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar.

“Yeni Sabah” xəbər verir ki, Unikal.org-un araşdırmasına görə, qiymətlər  50 faizə qədər yüksəlib. Belə ki, əvvəllər *9111 - Ekonom taksi, *2424, *8844 - Siti taksi, 189 - taksi xidməti, *9933 - Salam taksi və digər şirkətlər eyni istiqamətə 3-3.50 manata aparırdılarsa, hazırda bu rəqəm 5-5.40 manat arası dəyişir. 

Misal üçün *9933 - Salam taksi Binəqədi qəsəbəsi-Novxanı istiqamətinə 3.30 manata aparırdısa, hazırda bu rəqəm 6 manata qədər yüksəlir.  pizza hut

Mütəxəssislər taksi şirkətlərinin qiymət yüksəltməsinə getməsinə səbəb, vergi ödənişlərinin artmasında görürlər. Bildirirlir ki, vergi ödənişlərində tələblərin artması, şirkətlərin qiymət artımına getməsinə rəvac verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!