Bakıda tarixi binanın qapıları yoxa çıxdı - Fotolar

Bakıda tarixi binanın qapıları yoxa çıxdı - Fotolar
Avq 9, 2019 10:43
Oxunma sayı: 249

Bakı şəhəri, Neftçilər prospekti 105 ünvanındakı tarixi binanın qapıları yoxa çıxıb.

“Yeni Sabah” xəbər verir ki,  bir neçə gün bundan əvvəl memarlıq abidəsinin taxtadan düzəldilmiş tarixi giriş qapısı yoxa çıxıb. Sosial şəbəkələrdə yayılan fotolardan görünür ki, onun yerinə müasir şüşə qapılar qoyulub. 

Bu məsələ sakinlərin narazılığına səbəb olub. Onlar bu qapının tarixi binanın görünüşünü korladığını iddia edirlər. 

Qeyd edək ki, 1909-cu ilə aid bina öz səliqəli fasadı ilə diqqət çəkir.

Əsmətxanım

Yenisabah.az