SON DƏQİQƏ: İsti və bürkülü hava bu günə qədər davam edəcək

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: İsti və bürkülü hava bu günə qədər davam edəcək

Sosial

13 Avqust 2023 10:59 93627


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti  məlumat yayıb.

Avqustun 13-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir. Dördpendirli pizza

Bir gün əvvəl Bakıda iqlim normasından 6.0° yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və Aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 40 dərəcəyədək, dağlıq rayonlarda 34 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!