Bakıda ticarət obyektlərinin qarşısında ağacların qurudulmasının qarşısı alındı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ticarət obyektlərinin qarşısında ağacların qurudulmasının qarşısı alındı - Fotolar

Sosial

11 İyun 2022 17:56 1214


Bakıda ticarət obyektlərinin qarşısında ağacların qurudulmasının qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Buzovna-Maştağa yonundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə bağlı daxıl olan məlumatla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən dərhal məsələyə operativ reaksiya verilərək həmin ünvanda araşdırma və inventarizasiya aparılıb. Ağacların dibindən torpaq nümunələri götürülüb və laboratoriyaya analizlərə göndərilib. Marqarita pizza

Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olacağı bilinəcək.

BŞİH-dən bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edilən təqdirdə günahkarlara qarşı ciddi ölçü götürələcək.

Aparılan araşdırmalarla yanaşı həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yeni ağacların əkilməsi təmin edilib, mövcud ağaclara aqrotexniki qulluq göstərilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!